Dünya pandemiya ilə üz-üzə qaldığı bir dövrdə bir çox dövlətlər qapanma və təcrid yolunu seçdiyi halda, Azərbaycan beynəlxalq həmrəyliyin tərəfdarı kimi çıxış etdi. Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyevin təşəbbüsləri bu çətin mərhələdə təşkilatın rolunu daha da artırdı. Qlobal problemlərin yalnız birgə səylərlə həll edilə biləcəyini vurğulayan Azərbaycan lideri beynəlxalq ictimaiyyəti məsuliyyətli davranışa çağırdı.

BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyasının keçirilməsi məhz bu yanaşmanın bariz nümunəsi oldu. Prezident İlham Əliyev çıxışlarında tibbi resurslara bərabər çıxışın vacibliyini ön plana çəkərək, ayrı-seçkiliyin yolverilməz olduğunu qətiyyətlə bildirdi. Bu mövqe Azərbaycanın ədalətə, bərabərliyə və insan hüquqlarına verdiyi önəmin göstəricisi kimi qəbul olundu.

Pandemiya dövründə onlarla ölkəyə göstərilən humanitar yardımlar Azərbaycanın yalnız milli maraqlarla deyil, qlobal məsuliyyət hissi ilə hərəkət etdiyini sübut etdi. Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq, maliyyə dəstəyi və praktiki yardım təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirdi. Bu siyasətin mərkəzində isə Prezident İlham Əliyevin humanist və uzaqgörən liderliyi dayanır.

Rəfail Məmmədov

“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.