Azərbaycanın müasir tarixində Qarabağ Zəfəri xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğal altındakı torpaqlar azad edildi. Bu Qələbə xalqın iradəsinin, ordunun gücünün və liderin qətiyyətinin təntənəsi oldu.

Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququ özü təmin etdi. Uzun illər kağız üzərində qalan qətnamələr faktiki reallığa çevrildi. Bu, ölkəmizin öz gücünə arxalanaraq məqsədlərinə çatdığını göstərdi və regionda yeni siyasi reallıqlar yaratdı.
Qələbənin əbədiləşdirilməsi məqsədilə təsis olunan orden və medallar dövlətin qəhrəmanlarına verdiyi yüksək qiymətin ifadəsidir. Bu addımlar milli yaddaşın formalaşmasına və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.
Qarabağ Zəfəri Prezident İlham Əliyevin liderlik və sərkərdəlik keyfiyyətlərini bir daha təsdiqlədi. Bu tarixi nailiyyət Azərbaycan dövlətçiliyinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Nazilə İbrahimova
Qabaqcıl təhsil işçisi, YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın