Müasir Azərbaycan dövlətinin uğurları Prezident İlham Əliyevin milli maraqlara əsaslanan inkişaf strategiyasının nəticəsidir. Bu strategiya Ulu Öndər Heydər Əliyevin ideyaları üzərində qurulsa da, yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilib. Dövlət başçısı Azərbaycanı sabitlik, inkişaf və təhlükəsizlik məkanı kimi formalaşdırmağa nail olub.

İqtisadiyyatın şaxələndirilməsi və sosial siyasətin gücləndirilməsi ölkənin dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Sahibkarlığın təşviqi, regionların inkişafı və insan kapitalına yatırılan investisiyalar uzunmüddətli tərəqqinin əsasını təşkil edir. Bu siyasət nəticəsində əhalinin rifahı yüksəlib, sosial bərabərlik prinsipləri möhkəmlənib.
Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Ölkəmiz regional və qlobal layihələrdə fəal iştirak etməklə geosiyasi əhəmiyyətini artırıb. COP29 kimi mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın qlobal problemlərin həllində rolunu daha da gücləndirib.
Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalq–ordu–dövlət birliyinin təzahürü oldu. Bu tarixi uğur Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri isə ölkəmizin güclü gələcəyə doğru inamla irəlilədiyini göstərir.
Rəsmiyyə Məmmədova
“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın