Son 22 ildə Azərbaycanın iqtisadi inkişaf göstəriciləri köklü şəkildə dəyişib. Ümumi daxili məhsulun dəfələrlə artması, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə yüksəlməsi ölkənin maliyyə müstəqilliyini təmin edib. Bu nailiyyətlər təsadüfi deyil, düşünülmüş iqtisadi strategiyanın və düzgün idarəetmənin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlərdən biri olub. Qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması, kənd təsərrüfatı və turizm sahələrinə verilən dəstək ölkənin dayanıqlı inkişafını təmin edib. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də regional logistika və istehsal mərkəzinə çevrilib.

Sosial rifahın yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılıb. Əhalinin gəlirlərinin artması, əməkhaqqı və pensiya sistemində aparılan islahatlar və sosial proqramların genişləndirilməsi vətəndaş məmnunluğunu artırıb. Bu siyasət insan amilini inkişafın mərkəzinə çəkib.

Müasir idarəçilik modellərinin tətbiqi də iqtisadi və sosial uğurların mühüm tərkib hissəsidir. “ASAN xidmət” kimi innovativ mexanizmlər dövlət-vətəndaş münasibətlərində şəffaflığı və səmərəliliyi təmin edib. Bu model Azərbaycan brendinə çevrilərək beynəlxalq səviyyədə də maraq doğurub.

Aynurə Məlikova

Şuşa rayon 10 №li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.