Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müasir Azərbaycan dövlətinin inkişaf konsepsiyasını formalaşdırıb. Bu konsepsiya Ulu Öndər Heydər Əliyevin ideyaları üzərində qurulsa da, yeni mərhələdə daha çevik və dinamik xarakter alıb. Dövlət başçısının idarəçilik modelində milli maraqlar, sosial ədalət və uzunmüddətli inkişaf əsas prioritetlər kimi çıxış edir.

Aparılan iqtisadi və institusional islahatlar dövlət idarəçiliyinin səmərəliliyini artırıb. Sosial sahədə atılan addımlar, əhalinin həssas qruplarına göstərilən qayğı və geniş sosial təminat proqramları Prezident İlham Əliyevin insan mərkəzli siyasətinin göstəricisidir. Bu yanaşma cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadı daha da möhkəmləndirib.

Xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Beynəlxalq təşkilatlarda fəal mövqe tutan Azərbaycan mühüm qlobal tədbirlərə ev sahibliyi etməklə artan nüfuzunu təsdiqləyib. Bu siyasətin zirvəsi isə işğala son qoyan Vətən müharibəsində qazanılan parlaq Qələbə oldu.

Anar Cəbizadə

Şuşa Dövlət Rəsm Qalereyasının direktoru, YAP Şuşa rayon təşkilatının 37 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.