Müstəqil Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan bu siyasət müasir dövrün tələblərinə uyğun olaraq yeni məzmun kəsb edib. Dövlət başçısı ölkənin milli maraqlarını əsas götürərək həm daxili sabitliyi qoruyub, həm də beynəlxalq aləmdə Azərbaycanın mövqelərini gücləndirib.

Son illərdə həyata keçirilən institusional və struktur islahatları idarəetmənin çevikliyini artırıb. Güclü dövlət mexanizmi iqtisadi artımın davamlılığını təmin etməklə yanaşı, sosial ədalət prinsipinin reallaşmasına da xidmət edib. Təhsil, səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrində əldə olunan uğurlar əhalinin həyat keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərib.

Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın qlobal etimadını möhkəmləndirib. Ölkəmizin beynəlxalq təşkilatlarda fəallığı, enerji təhlükəsizliyinə verdiyi töhfə və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri onu regional liderə çevirib. COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın qlobal çağırışlara cavab vermək gücündə olduğunu sübut edib.

Vətən müharibəsində qazanılan tarixi Zəfər isə milli birliyin və güclü liderliyin təntənəsi oldu. Bu Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli qürurun və dövlətçilik ruhunun yenidən yüksəlişi deməkdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın gələcəyə inamla addımladığını göstərir.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.