Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə dərin və hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri dayanır. Prezident İlham Əliyev həmin siyasi xətti qorumaqla yanaşı, onu dövrün tələblərinə uyğun şəkildə yeniləyərək ölkənin milli maraqlarını prioritetə çevirib. Məhz bu yanaşma Azərbaycanın daxili sabitliyini və davamlı tərəqqisini təmin edib.

İqtisadi sahədə həyata keçirilən ardıcıl islahatlar ölkənin maliyyə dayanıqlığını gücləndirib, sosial rifahın yüksəlməsinə real zəmin yaradıb. Qeyri-neft sektorunun inkişafı, regionlarda infrastruktur layihələrinin icrası və sosial proqramların genişləndirilməsi dövlətin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Bu proseslər vətəndaşların həyat keyfiyyətinin yüksəlməsində mühüm rol oynayıb.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident İlham Əliyevin prinsipial və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Ölkəmiz qlobal təşəbbüslərdə fəal iştirak edərək etibarlı tərəfdaş imici qazanıb. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin gücünü və liderin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.

Qönçə İsmayılova

Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.