Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyi yalnız hərbi və siyasi uğurlarla məhdudlaşmır. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən məqsədyönlü siyasət ölkəmizi etibarlı tərəfdaşa çevirib. Neft strategiyasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulsa da, bu xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilib və genişləndirilib.

Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi irimiqyaslı layihələr Avropanın enerji xəritəsində Azərbaycanın rolunu əsaslı şəkildə dəyişib. Onlarla ölkəyə qaz ixrac edən Azərbaycan bu gün enerji sabitliyinin təminatçılarından biri kimi çıxış edir. Bu etimad isə yalnız resurslara deyil, ölkə rəhbərliyinin sözünə və öhdəliklərinə sadiqliyinə əsaslanır.

Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpaolunan enerji sahəsində atılan addımlar Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir. “Yaşıl enerji” layihələrinə xarici sərmayələrin cəlb olunması ölkəmizin enerji siyasətinin dayanıqlılığını nümayiş etdirir. Beləliklə, Azərbaycan həm ənənəvi, həm də alternativ enerji sahəsində güclü oyunçuya çevrilir.

Gülnar Qurbanova

Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.