Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyası mühüm rol oynayan aparıcı siyasi qüvvə kimi çıxış edir. Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan bu partiya müstəqil dövlətçiliyin möhkəmləndirilməsi missiyasını uğurla yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərərək dövlət maraqlarını əsas prioritet kimi qoruyur.

Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkənin sosial-siyasi sabitliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Partiyanın proqram və təşəbbüsləri Azərbaycanın inkişaf strategiyası ilə tam uzlaşır. Qarabağ Zəfərindən sonra formalaşan yeni reallıqlar fonunda YAP dövlətin gələcək hədəflərinə uyğun olaraq fəaliyyətini daha da gücləndirib.
Prezident İlham Əliyevin partiya sədri kimi siyasi liderliyi YAP-ın nüfuzunu daha da artırıb. Onun prinsipial mövqeyi, milli maraqlara əsaslanan qərarları partiyanın cəmiyyətdə geniş dəstək qazanmasını təmin edib. Bu dəstək YAP-ın dövlətçiliyin ideoloji dayağına çevrilməsinə şərait yaradıb.
Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də müasir Azərbaycanın inkişaf salnaməsidir. Partiyanın fəaliyyəti Heydər Əliyev ideyalarının yaşadılmasına və zənginləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəni sabit və parlaq gələcəyə aparan siyasi qüvvə kimi çıxış edir.
Elçin Dadşov
Şuşa rayon 7 № li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın