Prezident İlham Əliyevin dövlət idarəçiliyində əsas prinsiplərindən biri ardıcıllıq və strateji baxışdır. Bu prinsiplər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı olaraq yeni tarixi şəraitdə uğurla tətbiq edilir. Azərbaycan bu siyasət nəticəsində müasir, güclü və müstəqil dövlətə çevrilib. Dövlət başçısının fəaliyyəti milli maraqlara əsaslanmaqla yanaşı, qlobal trendlərlə uzlaşır.

İqtisadi inkişafın sosial rifahla vəhdəti Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərindəndir. Geniş sosial paketlər, əməkhaqlarının və pensiyaların artırılması, regionlarda yeni iş yerlərinin yaradılması əhalinin sosial müdafiəsini gücləndirib. Dövlət və vətəndaş arasında qarşılıqlı məsuliyyət prinsipi bu siyasətin ideoloji əsasını təşkil edir.

Xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Ölkəmiz beynəlxalq təhlükəsizlik, enerji və iqlim məsələlərində etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın sözünün beynəlxalq platformalarda eşidilməsi Prezident İlham Əliyevin diplomatik bacarığının nəticəsidir.

44 günlük Vətən müharibəsindəki Zəfər Prezident İlham Əliyevin liderliyinin tarixi təsdiqi oldu. Bu Qələbə Azərbaycan xalqının iradəsini və ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Bu gün azad edilmiş ərazilərdə həyat yenidən canlanır və Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Bu proses ölkəmizin yeni inkişaf mərhələsinin əsasını qoyur.

Anar Əlizadə

Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.