Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycan üçün davamlı inkişafın formalaşdığı bir mərhələ kimi xarakterizə olunur. Son iyirmi iki il ərzində ölkə həm daxili sabitliyini qoruyub, həm də qlobal proseslərdə fəal mövqe tutmağı bacarıb. Dövlət idarəçiliyində ardıcıllıq, məqsədyönlü qərarlar və milli maraqlara əsaslanan yanaşma Azərbaycanın güclənməsinə şərait yaradıb.

İqtisadi siyasətin əsas hədəfi dayanıqlı və şaxələndirilmiş inkişafın təmin olunmasıdır. Neft gəlirlərinin səmərəli idarə edilməsi, qeyri-neft sektoruna yönəldilən investisiyalar və müasir infrastruktur layihələri ölkənin iqtisadi xəritəsini tamamilə dəyişib. Bu proses eyni zamanda sosial rifahın yüksəlməsinə və regionlar arasında inkişaf balansının təmin edilməsinə xidmət edib.

Bütün bu addımlar Azərbaycanın müasir dövlət modelini formalaşdırıb. Prezident İlham Əliyevin strateji baxışı ölkənin yalnız bugünkü uğurlarını deyil, gələcək nəsillər üçün möhkəm əsaslar yaradılmasını hədəfləyir. Məhz bu səbəbdən Azərbaycan inkişaf edən, sabit və perspektivli dövlət kimi tanınır.

Salman Ağalarov

Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.