İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin əsas göstəricisidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı sistemli və mərhələli şəkildə icra olunur. Bu proses tarixi ədalətin bərpası ilə yanaşı, sosial-iqtisadi dirçəlişi də təmin edir.

Azad edilmiş ərazilərdə müasir şəhər və kəndlərin salınması, infrastrukturun qurulması dövlətin uzunmüddətli strategiyasının tərkib hissəsidir. Hava limanları, yollar, sosial obyektlər bölgənin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir.
Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın tarixi yolunun məntiqi yekunudur. Bu qərar ölkənin tam suverenliyinin təmin olunmasının rəmzi ifadəsidir. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan real suveren dövlətə çevrildi.
Bu gün Azərbaycan xalqı öz liderinə inanır və güvənir. Xalq–iqtidar birliyi ölkənin bütün uğurlarının əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəyə inamla, yeni qələbələrə doğru irəliləyir.
Elmira Əliyeva
Tərəqqi medallı,YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın