Son illərdə Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilib. Bakıda və işğaldan azad olunmuş ərazilərdə təşkil edilən forumlar, zirvə görüşləri və konfranslar ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Bu tədbirlər Azərbaycanın təhlükəsiz, sabit və etibarlı ölkə olduğunu bir daha sübut edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq və bərpa işləri beynəlxalq qonaqlar tərəfindən də yüksək qiymətləndirilir. Qısa müddətdə yenidən qurulan şəhərlər və müasir infrastruktur Azərbaycanın postmünaqişə dövründə də güclü iradəyə malik olduğunu göstərir. Bu, yalnız iqtisadi deyil, həm də siyasi mesajdır.
Dövlət başçısının beynəlxalq platformalarda müxtəlif ölkə liderləri ilə keçirdiyi görüşlər qarşılıqlı etimadın göstəricisidir. Azərbaycanın mövqeyi diqqətlə dinlənilir, təşəbbüsləri dəstəklənir. Bu reallıq Prezident İlham Əliyevin şəxsi nüfuzu və balanslı diplomatiyasının nəticəsidir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın