Azərbaycan Respublikasının regionda artan nüfuzu və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunması Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsinin bariz nəticəsidir. Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti ölkəmizi postmüharibə dövrünün mürəkkəb çağırışlarına hazırlıqlı vəziyyətə gətirib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri dövlətin gücünü, iradəsini və sosial məsuliyyətini açıq şəkildə nümayiş etdirir. Bu torpaqlara həyatın geri qayıtması Azərbaycanın gələcəyə inamla irəlilədiyini təsdiqləyir.

Dövlət başçısının həyata keçirdiyi sosial islahatlar paketində xüsusilə həssas sosial qrupların rifahının yaxşılaşdırılması prioritet təşkil edir. Prezident İlham Əliyevin siyasətində sosial ədalət, humanizm və mərhəmət prinsipləri əsas xətt kimi çıxış edir. Məhz bu yanaşmanın məntiqi davamı olaraq, suverenliyimizin tam bərpası və Konstitusiyanın ölkənin bütün ərazisində tətbiqinin təmin olunması fonunda amnistiya təşəbbüsünün irəli sürülməsi cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Amnistiya təkcə hüquqi akt deyil, həm də dövlətin insana verdiyi dəyərin ifadəsidir.

Müstəqillik dövründə qəbul edilən amnistiya aktları minlərlə insanın cəmiyyətə yenidən inteqrasiyasına imkan yaradıb. Xüsusilə Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, şəhid ailələrinin üzvləri, qadınlar, yaşlılar və yetkinlik yaşına çatmayanlar bu humanist qərarın əsas hədəf qruplarıdır. Dövlət qurumlarının amnistiyanın icrası və azad olunan şəxslərin sosial adaptasiyası istiqamətində əlaqəli fəaliyyət göstərməsi Prezident İlham Əliyevin qərarlarının ardıcıl və sistemli xarakter daşıdığını bir daha sübut edir. Bu təşəbbüs “Konstitusiya və Suverenlik İli”nə dəyərli töhfə olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin humanist mahiyyətini də nümayiş etdirir.

Səbinə Gözəlova

Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.