Azərbaycanın suverenliyinin tam təmin olunması və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində tətbiqi tariximizin dönüş nöqtəsidir. Bu nailiyyət yalnız hərbi üstünlük deyil, dövlətçiliyin hüquqi və mənəvi əsaslarının bütövləşməsidir. Belə bir mərhələdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü ilə çıxış etməsi qalib dövlətin gücünü necə dərk etdiyini nümayiş etdirir. Bu qərar göstərir ki, Azərbaycan ədaləti yalnız cəza mexanizmi kimi deyil, eyni zamanda islah və yenidənqurma vasitəsi kimi qəbul edir.

Amnistiya aktının mahiyyətində xalqımızın əsrlər boyu formalaşdırdığı humanizm dəyərləri dayanır. Dövlət öz vətəndaşına ikinci şans verməyi güc zəifliyi yox, siyasi yetkinlik kimi qiymətləndirir. Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, şəhid ailələrinin üzvlərinin, mülki əhaliyə qarşı törədilmiş təxribatlar nəticəsində zərər çəkənlərin bu sənəddə xüsusi yer alması milli yaddaşa və qəhrəmanlığa verilən dəyərin hüquqi ifadəsidir.

Bu təşəbbüs həm də cəmiyyətə mühüm mesaj verir: qanun sərtdir, lakin ədalət mərhəmətlə tamamlanır. Minlərlə ailənin taleyində müsbət dönüş yaradacaq amnistiya sosial sabitliyə və ictimai etimada töhfə verəcək. Prezident İlham Əliyevin bu addımı müasir Azərbaycan dövlətçiliyinin güc və humanizm üzərində qurulduğunu bir daha təsdiqləyir.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.