Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi müstəqil dövlətçilik tariximizdə mühüm siyasi və hüquqi hadisə kimi dəyərləndirilir. Bu qərar Azərbaycanın tam bərpa olunmuş suverenliyi fonunda Konstitusiya dəyərlərinə verilən xüsusi önəmin göstəricisidir. Məhz bu konsepsiya çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü dövlətin hüquqa, insana və sosial ədalətə münasibətinin bariz nümunəsi kimi çıxış edir.

Konstitusiya Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan və vətəndaş hüquqlarının etibarlı təminatçısı rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar hüququn real həyatda tətbiqini gücləndirir, ədalət prinsiplərini praktik müstəvidə möhkəmləndirir. Amnistiya təşəbbüsünün məhz bu il gündəmə gətirilməsi Konstitusiyanın humanist ruhunun dövlət siyasətində ardıcıl şəkildə reallaşdırıldığını göstərir.
Bu təşəbbüs cəza siyasətində islah və yenidənqurma prinsipinin üstün tutulduğunu nümayiş etdirir. Sosial həssas qruplara aid şəxslərin, az ağır cinayətlər törətmiş məhkumların cəmiyyətə qayıtmasına şərait yaradılması dövlətin insana verdiyi yüksək dəyərin ifadəsidir. Prezident İlham Əliyevin bu addımı sübut edir ki, güclü və suveren Azərbaycan dövləti ədaləti mərhəmətlə tamamlayan yetkin hüquqi sistemə malikdir.
Gülsarə Abbasova
Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın