Azərbaycanın ərazi bütövlüyünün bərpası və suveren hüquqlarının tam təmin olunması xalqımızın çoxəsrlik arzusunun gerçəkləşməsidir. Bu tarixi mərhələdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri də cəmiyyətin daxili birliyinin möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü məhz bu məqsədə xidmət edən strateji və humanist qərardır. Bu addım göstərir ki, dövlət gücləndikcə, insan amilinə daha həssas yanaşır.

Amnistiya aktında sosial ədalət anlayışı formal hüquqi çərçivədən kənara çıxaraq real insan talelərinə fokuslanır. Müharibə iştirakçıları, həlak olmuş şəxslərin yaxınları, qadınlar, yaşlılar və yetkinlik yaşına çatmayanlar kimi həssas qrupların nəzərə alınması dövlətin sosial məsuliyyətinin göstəricisidir. Xüsusilə qəhrəman ailələrinə göstərilən bu diqqət milli həmrəyliyi daha da gücləndirir.
Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlər üzrə cəzaların yüngülləşdirilməsi hüquqi sistemin çevikliyini əks etdirir. Bu yanaşma cəmiyyətə ümid mesajı verir: səhv etmiş insan üçün islah yolu həmişə açıqdır. Amnistiya aktı güclü dövlətin intiqam deyil, məsuliyyətli mərhəmət seçdiyini nümayiş etdirir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın