Qloballaşan dünyada dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə deyil, eyni zamanda insan hüquqlarına verdiyi dəyərlə ölçülür. Azərbaycan bu baxımdan özünəməxsus inkişaf yolunu seçərək hüquqi dövlət quruculuğunu prioritet elan etmişdir. Qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin inkişafı və vətəndaş hüquqlarının müdafiəsi ölkədə aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Bu yanaşma cəmiyyətin sağlam əsaslar üzərində formalaşmasına zəmin yaradır.

Azərbaycan dövlətçilik modelində humanizm anlayışı tarixi və ideoloji köklərə malikdir. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində mərhəmət və ədalət prinsipləri daim ön planda olmuşdur. Onun təşəbbüsü ilə formalaşan hüquqi institutlar cəzanın məqsədini yalnız məsuliyyət deyil, eyni zamanda islah və yenidən cəmiyyətə qazandırma kimi müəyyən etmişdir. Bu baxış dövlətin vətəndaşına münasibətində yüksək mənəvi dəyərlərin ifadəsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu dəyərlərin müasir davamı kimi çıxış edir. Dövlət başçısının qərarları və təşəbbüsləri insanlara ikinci şans vermək, sosial ədaləti qorumaq və cəmiyyətdə sağlam münasibətləri möhkəmləndirmək məqsədi daşıyır. Humanizmə əsaslanan bu idarəçilik modeli Azərbaycanın beynəlxalq imicini gücləndirir, ölkəni sabitlik, tolerantlıq və inkişaf məkanı kimi tanıdır. Bu gün Azərbaycan dövləti vətəndaşı ilə birgə inkişaf edən güclü və məsuliyyətli dövlət nümunəsi təqdim edir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın