Müstəqil və suveren Azərbaycan dövləti üçün Konstitusiya yalnız hüquqi norma toplusu deyil, həm də milli kimliyin və dövlət iradəsinin ifadəsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu ali sənədin ictimai şüurda daha dərindən mənimsənilməsinə və hüquqi dəyərlərin təbliğinə xidmət edir.

Bu il çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü dövlətin gücünə və özünə inamına əsaslanan qərardır. Güclü dövlət bağışlamağı bacarır və bu, yüksək siyasi mədəniyyətin göstəricisidir. Amnistiya aktı cəmiyyətə dövlətin yalnız cəza verən deyil, eyni zamanda ümid yaradan institut olduğunu göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi humanist siyasət nəticəsində amnistiya artıq Azərbaycanda davamlı hüquqi ənənəyə çevrilib. Bu ənənə hüquq-mühafizə sistemində balansın qorunmasına, insan hüquqlarının təmininə və sosial ədalətin möhkəmlənməsinə mühüm töhfə verir.

Sonda qeyd etmək olar ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə gündəmə gətirilən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi, mənəvi və siyasi yetkinliyinin göstəricisidir. Bu təşəbbüs cəmiyyətdə mərhəmət, ədalət və hüquqa hörmət dəyərlərini daha da gücləndirir.

Aynurə Məlikova

Şuşa rayon 10 №li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.