Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə möhkəm hüquqi baza müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmış, insan hüquqlarının təmin olunması sahəsində əhəmiyyətli imkanlar yaratmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir, humanizm isə bu siyasətin əsas ideoloji dayaqlarından birinə çevrilmişdir.

1995-ci ildən etibarən qəbul edilən amnistiya aktları və əfv sərəncamları Azərbaycan dövlətinin humanist mahiyyətini göstərən ən mühüm instrumentlərdəndir. Bu dövrdə 12 amnistiya aktı 130 mindən artıq şəxsi əhatə etmişdir. Xüsusilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı 17 mindən çox insanı əhatə etmiş, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2003–2025-ci illər ərzində isə 39 əfv sərəncamı və 5 amnistiya aktı qəbul olunmuşdur. Bu göstəricilər həm dövlətin vətəndaşına verdiyi dəyərin, həm də hüququn humanist funksiyasının aydın təzahürüdür.

Humanizm prinsipinin qorunmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu da xüsusi vurğulanmalıdır. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul olunan amnistiya aktları cəmiyyətdə xeyirxahlıq və mərhəmət kimi ali mənəvi dəyərlərin təcəssümünə çevrilmişdir. Bu addımlar yalnız hüquqi qərar olmaqla kifayətlənmir, həm də sosial ədalət və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsini təmin edir.

2025-ci ildə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü isə ölkə tarixində ən genişmiqyaslı humanist addım kimi qiymətləndirilir. Bu akt suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasına yönəlmiş hərbi əməliyyatlarda iştirak etmiş şəxslərə, şəhid və itkin düşmüş qəhrəmanların yaxınlarına, sosial baxımdan həssas qruplara – qadınlara, 60 yaşdan yuxarı şəxslərə, yetkinlik yaşına çatmayanlara və digər şəxslərə tətbiq ediləcəkdir. Bu addım hüququn cəzalandırıcı deyil, islahedici və tərbiyəedici funksiyasını ön plana çıxarır, cəmiyyətə humanist yanaşmanın praktiki təsirini göstərir.

Amnistiya aktının tətbiqi nəticəsində on minlərlə insan yenidən cəmiyyətə inteqrasiya olunacaq, əfv edilən və ya cəzadan azad olunan şəxslər normal həyata qayıdacaq və ölkəmizin inkişafına töhfə verəcəklər. Proqnozlara görə, amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək, onların arasında azadlıqdan məhrumetmə cəzasından azad edilənlər, cəza müddəti azaldılanlar və cinayət məsuliyyətindən azad olunanlar olacaqdır. Bu təşəbbüs Azərbaycan dövlətinin gücünün yalnız hərbi və siyasi sahədə deyil, eyni zamanda mənəvi və humanitar sahədə də ifadəsi olduğunu sübut edir və humanizm prinsiplərinə əsaslanan dövlət idarəçiliyinin parlaq nümunəsidir.

Anar Əlizadə

Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.