Dövlət siyasətində davamlılıq onun gücünün əsas göstəricilərindən biridir. Azərbaycanda humanizm prinsiplərinin uzun illərdir qorunub saxlanılması və inkişaf etdirilməsi məhz belə davamlı siyasi iradənin mövcudluğundan xəbər verir. Əfv və amnistiya institutları bu iradənin hüquqi ifadəsi kimi çıxış edir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt insan hüquqlarının qorunmasını dövlət idarəçiliyinin mərkəzinə yerləşdirdi. Bu dövrdə qəbul edilən qərarlar cəza siyasətində humanist yanaşmanın institusional əsaslarını formalaşdırdı. Minlərlə insanın azadlığa qovuşması təkcə fərdi talelərə deyil, bütövlükdə cəmiyyətin sağlamlaşmasına təsir göstərdi.
Bu ənənə sonrakı illərdə də ardıcıl şəkildə davam etdirildi. Prezident İlham Əliyevin əfv və amnistiya ilə bağlı qərarları dövlətin vətəndaşına olan diqqətinin göstəricisidir. Xüsusilə sosial baxımdan həssas qruplara aid şəxslərin bu aktlara daxil edilməsi humanizmin praktik təzahürüdür.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə qəbul edilən amnistiya aktları bu sahədə ictimai-humanitar yanaşmanın gücləndirilməsinə mühüm töhfə verib. Bu fəaliyyət humanizmin təkcə siyasi deyil, həm də mənəvi dəyər kimi cəmiyyətdə möhkəmlənməsinə xidmət edir.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın