Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının real təminatına nail olmaqdır. Bu yanaşma ölkədə ictimai sabitliyin qorunmasına, sosial həmrəyliyin möhkəmlənməsinə və vətəndaş məmnunluğunun artmasına şərait yaradır. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas istiqamətləri kimi müəyyənləşdirilib. Bu siyasət nəticəsində Azərbaycan regionda sabitlik və inkişaf modeli kimi tanınır.

Milli dövlətçilik tariximizdə humanizm ideyalarının sistemli şəkildə tətbiqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə formalaşdırılan hüquqi baza insan hüquqlarının təminatını dövlətin ali məqsədi kimi müəyyənləşdirdi. Heydər Əliyev üçün insan yalnız cəmiyyətin bir üzvü deyil, dövlət siyasətinin mərkəzində dayanan əsas dəyər idi. Bu baxış cinayət törətmiş şəxslərə münasibətdə də özünü göstərmiş, islah və yenidən sosiallaşma anlayışları ön plana çəkilmişdir.

Prezident İlham Əliyev bu ənənələri müasir çağırışlara uyğun şəkildə davam etdirərək sosial ədalət prinsipini dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib. Onun imzaladığı qərarlar və həyata keçirdiyi islahatlar cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir. Humanist yanaşma nəticəsində qəbul edilən hüquqi aktlar insanların gələcəyə inamını gücləndirir, dövlətə olan etimadı daha da artırır. Bu siyasət Azərbaycanı güclü hüquqi və sosial dövlət kimi möhkəmləndirir.

Nazilə İbrahimova

Qabaqcıl təhsil işçisi, YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.