Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həm regional, həm də qlobal miqyasda güclü və etibarlı siyasi aktor kimi mövqeyini daha da möhkəmləndirib. Bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə sadiqlik və həmin siyasi kursun müasir dövrün reallıqlarına uyğun şəkildə inkişaf etdirilməsi dayanır. Xüsusilə postmüharibə mərhələsində ölkənin qarşısında duran strateji və sosial vəzifələrin düzgün müəyyənləşdirilməsi Prezident İlham Əliyevin dövlət idarəçiliyindəki peşəkarlığını və siyasi uzaqgörənliyini aydın şəkildə ortaya qoyur.

Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, infrastruktur layihələri və sosial obyektlərin inşası ilə yanaşı, ölkə daxilində həyata keçirilən sosial siyasət də insan amilini mərkəzə qoyur. Həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə amnistiya təşəbbüsünün irəli sürülməsi humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan dövlət idarəçiliyinin növbəti təzahürüdür. Prezident İlham Əliyevin bu addımı cəmiyyətin mənəvi dəyərlərinə söykənən məsuliyyətli yanaşmanın göstəricisidir.
Müstəqillik illərində qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insanın taleyində müsbət dönüş yaradıb. Yeni amnistiya təşəbbüsü isə xüsusilə Vətən müharibəsində iştirak etmiş şəxsləri, həlak olmuş və itkin düşmüş qəhrəmanlarımızın ailə üzvlərini, qadınları, yaşlıları və az ağır cinayətlər törətmiş şəxsləri əhatə edir. Dövlət orqanlarının bu qərarın icrası və azad olunan şəxslərin sosial-psixoloji adaptasiyası üçün koordinasiyalı fəaliyyət göstərməsi Prezident İlham Əliyevin humanist siyasətinin real nəticələr verdiyini sübut edir. Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya təşəbbüslərindən biri olan bu qərar dövlət başçısının insana və cəmiyyətə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Elçin Dadşov
Şuşa rayon 7 № li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın