Humanizm müasir dövlət idarəçiliyində abstrakt anlayış deyil, konkret hüquqi qərar və mexanizmlərlə özünü göstərən fundamental prinsipdir. Dövlətin vətəndaşa münasibəti, onun taleyinə göstərilən diqqət cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardandır. Bu mənada əfv və amnistiya institutları humanizmin hüquqi müstəvidə təzahürü kimi xüsusi əhəmiyyət daşıyır və cəza siyasətinə insani yanaşmanı təmin edir.

Azərbaycanda bu yanaşmanın formalaşması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla bağlıdır. Məhz bu kurs çərçivəsində hüquqi islahatlar aparılmış, insan hüquqları dövlət siyasətinin prioritetinə çevrilmişdir. Bu xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və prinsipial şəkildə davam etdirilir, humanizm dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsi kimi qorunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamları və irəli sürdüyü amnistiya təşəbbüsləri dövlətin gücünün yalnız qanunların sərtliyində deyil, həm də mərhəmətində olduğunu nümayiş etdirir. Bu qərarlar minlərlə insan üçün yeni həyat mərhələsinin başlanğıcı olmaqla yanaşı, cəmiyyətin mənəvi sağlamlığının möhkəmlənməsinə xidmət edir.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.