Cəza siyasətinin əsas məqsədi yalnız cinayətə cavab vermək deyil, eyni zamanda cəmiyyətin təhlükəsizliyini və mənəvi bütövlüyünü qorumaqdır. Bu məqsədə çatmaq üçün sərtliklə humanizmin uzlaşdırılması vacib şərtdir. Əfv və amnistiya institutları məhz bu balansın qorunmasına xidmət edən hüquqi mexanizmlərdir.

Azərbaycanın müasir hüquqi sistemində bu institutların geniş tətbiqi dövlətin vətəndaşa etimadının göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiya bu sahədə möhkəm təməl yaradıb. Həmin strategiyanın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev humanist dəyərlərə əsaslanan cəza siyasətini dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən əfv və amnistiya qərarları sosial ədalətin təmin olunmasına, ailə institutunun qorunmasına və ictimai sabitliyin möhkəmlənməsinə real töhfə verir. Bu yanaşma göstərir ki, dövlət üçün insan amili hüquqi mexanizmlərdən daha yüksək dəyərə malikdir.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın