Azərbaycanın müasir dövlətçilik modeli hüququn aliliyinə və insan hüquqlarının qorunmasına əsaslanır. Konstitusiyanın bu modeldəki rolu danılmazdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyanın real həyatda tətbiqinə xüsusi diqqətin ayrıldığını göstərir və hüquqi islahatların daha da dərinləşdirilməsini hədəfləyir.

Amnistiya təşəbbüsü bu islahatların ən humanist istiqamətlərindən biridir. Dövlət cəza siyasətində yumşaq və ədalətli yanaşma nümayiş etdirərək cəmiyyətə açıq mesaj verir: insanın islah olunması mümkündür və dövlət bu prosesə dəstək verməyə hazırdır. Bu, hüquqi dövlət anlayışının əsas fəlsəfəsidir.
Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən amnistiya təşəbbüsləri ölkədə sosial sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, onların yenidən cəmiyyətin fəal üzvünə çevrilməsi sosial münasibətlərdə müsbət atmosfer yaradır.
Ümumilikdə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın gündəmə gətirilməsi Azərbaycan dövlətinin güclü, ədalətli və humanist xarakterini əks etdirir. Bu addım hüquqla mərhəmətin vəhdətini nümayiş etdirərək dövlətçilik ənənələrimizi daha da zənginləşdirir.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın