Prezident İlham Əliyevin amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin humanizm, sosial ədalət və milli həmrəylik prinsiplərinə sadiqliyinin parlaq nümunəsidir. Bu təşəbbüs yalnız hüquqi akt olmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətə verilən güclü mənəvi mesajdır: dövlət insanı, onun taleyini və gələcəyini daim diqqət mərkəzində saxlayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm ənənəsi Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir və ölkəmizin hüquqi-mənəvi dəyərlər sistemində prioritet olaraq qalır.

Amnistiya təşəbbüsünün əsas mahiyyəti xüsusilə Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə və hərbi təxribatlar nəticəsində zərər görmüş vətəndaşlara xüsusi diqqət göstərilməsidir. Dövlət başçısının bu qəhrəmanlıq salnaməsinə verdiyi yüksək qiymət həm də cəmiyyətə açıq mesajdır ki, Azərbaycan dövləti öz müdafiəçilərini unutmur və onların fədakarlığını daim dəyərləndirir. Bu yanaşma milli həmrəylik və sosial ədalətin möhkəmləndirilməsinə xidmət edir.

Eyni zamanda, amnistiya sosial baxımdan həssas qrupları – qadınları, yaşlıları, yetkinlik yaşına çatmayanları və az ağır cinayətlər törətmiş şəxsləri əhatə edir. Bu şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması onların yenidən cəmiyyətə inteqrasiyasını təmin edir, hüququn cəzalandırıcı yox, islahedici və tərbiyəedici funksiyasını ön plana çıxarır. Dövlətin bu humanist yanaşması göstərir ki, Azərbaycan hüququ, ədaləti və humanizmi birgə həyata keçirən dövlətdir.

Tarixi perspektivdən baxdıqda, amnistiya təşəbbüsü Azərbaycan dövlətçiliyində ən genişmiqyaslı humanist addımlardan biridir. 1995-ci ildən bu yana qəbul edilmiş amnistiya aktları 130 mindən artıq şəxsi əhatə edib, 2021-ci ildə Zəfər Günü münasibətilə elan olunan akt isə 17 mindən çox şəxsi əhatə etmişdi. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya isə 20 mindən çox şəxsi əhatə edərək ölkə tarixində ən genişmiqyaslı akt kimi diqqət çəkir. Bu təşəbbüs dövlətimizin humanist siyasətinin, vətəndaşına verdiyi yüksək dəyərin və məsuliyyətli idarəçilik prinsipinin bariz nümunəsi kimi qiymətləndirilir.

Rəsmiyyə Məmmədova

“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.