Humanizm prinsipləri Azərbaycan dövlət siyasətinin əsas sütunlarından biri kimi Ümummilli Lider Heydər Əliyevin siyasi irsi ilə formalaşıb. 1990-cı illərin mürəkkəb və ziddiyyətli dövründə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə hüquqi dövlət quruculuğunun əsası qoyuldu, eyni zamanda amnistiya və əfv institutları təsis edildi. Bu addımlar dövlətin yalnız hüquqi mexanizmlərə deyil, insana, mərhəmətə və sosial ədalətə söykəndiyini nümayiş etdirdi. Amnistiya institutunun yaradılması cəmiyyət tərəfindən də yüksək rəğbətlə qarşılandı.

Heydər Əliyevin müəyyən etdiyi bu humanist xətt sonrakı illərdə də ardıcıl şəkildə davam etdirildi. Statistik göstəricilər bu siyasətin miqyasını aydın şəkildə əks etdirir: 1995–2003-cü illərdə minlərlə insan amnistiya və əfv qərarları ilə azadlığa qovuşdu. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət daha da genişləndirildi, əhatə dairəsi artırıldı və sosial baxımdan daha həssas qrupları əhatə etdi. Bu ardıcıllıq dövlət idarəçiliyində siyasi sabitliyin və dəyərlərə sədaqətin göstəricisidir.

Humanizm siyasətinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın töhfələri də xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə qəbul edilən amnistiya aktları xeyirxahlıq və mərhəmət ideyalarının hüquqi müstəvidə təzahürünə çevrilib. Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən yeni amnistiya təşəbbüsü isə Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin növbəti təsdiqidir.

Türkan Hüseynova

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.