Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın hüquqi dövlət modelinin daha da möhkəmləndirilməsinə yönəlmiş strateji addımdır. Bu təşəbbüs Konstitusiyanın ölkənin ictimai-siyasi həyatında əsas yol xəritəsi olduğunu bir daha təsdiqləyir. Bu kontekstdə amnistiya məsələsinin gündəmə gətirilməsi hüquq və humanizm prinsiplərinin vəhdətini əks etdirir.

Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasını təmin edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar bu hüquqların formal deyil, real mexanizmlərlə qorunmasına xidmət edir. Amnistiya təşəbbüsü də hüquqi dövlət anlayışının tərkib hissəsi kimi, cəmiyyətin sosial balansının qorunmasına və hüquqa inamın gücləndirilməsinə yönəlib.
Bu addım eyni zamanda dövlətin gücünün göstəricisidir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkə kimi Azərbaycan bağışlamağı bacaran, ədaləti cəza ilə məhdudlaşdırmayan dövlətdir. Amnistiya aktları cəmiyyətdə sosial həmrəyliyi artırır, minlərlə ailəyə yeni ümid verir və Prezident İlham Əliyevin humanist idarəçilik modelini bir daha nümayiş etdirir.
Rəfail Məmmədov
“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın