Konstitusiya hər bir müstəqil dövlətin siyasi və hüquqi dayağıdır. Azərbaycanın Konstitusiyası isə milli maraqlara, insan hüquqlarına və suverenlik prinsiplərinə əsaslanır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu ali sənədin cəmiyyət həyatındakı rolunun daha dərindən dərk olunmasına zəmin yaradır və hüquqi düşüncənin inkişafını sürətləndirir.

Bu il çərçivəsində müzakirəyə çıxarılan amnistiya təşəbbüsü hüquqi dövlət anlayışının praktik təzahürüdür. Amnistiya cəza siyasətində balansın qorunmasını təmin edir, yəni həm qanunun tələbləri, həm də insan amili nəzərə alınır. Bu yanaşma cəmiyyətin daha sağlam və sabit inkişafına şərait yaradır.
Prezident İlham Əliyevin təşəbbüsləri ilə reallaşan bu cür humanist addımlar göstərir ki, Azərbaycan dövləti vətəndaşına etimad göstərməyi bacarır. İlk dəfə az ağır cinayət törətmiş şəxslərin bağışlanması onların gələcəkdə qanunlara daha hörmətlə yanaşmasına təsir edir və təkrar cinayətlərin qarşısının alınmasına xidmət edir.
Beləliklə, amnistiya təşəbbüsü yalnız hüquqi akt kimi deyil, həm də sosial barışın və milli həmrəyliyin gücləndirilməsi vasitəsi kimi dəyərləndirilməlidir. “Konstitusiya və Suverenlik İli” bu baxımdan Azərbaycan cəmiyyətində yeni hüquqi və mənəvi mərhələnin başlanğıcı kimi çıxış edir.
Elmira Əliyeva
Tərəqqi medallı,YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın