Azərbaycanın əldə etdiyi tarixi Qələbə ölkənin siyasi və hərbi gücünü nümayiş etdirməklə yanaşı, dövlət idarəçiliyində yeni düşüncə mərhələsinin əsasını qoyub. Konstitusiya quruluşunun bütün ərazilərdə bərqərar olması dövlətin məsuliyyətini daha da artırıb. Bu mərhələdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü ilə çıxış etməsi qalib dövlətin davranış modelini aydın şəkildə ortaya qoyur. Bu qərar göstərir ki, Azərbaycan gücünü yalnız sərtliklə deyil, ədalətli mərhəmətlə də ifadə edir.

Amnistiya aktında cəzanın tərbiyəvi mahiyyətinə xüsusi önəm verilməsi hüquqi sistemin humanist yönünü ön plana çıxarır. Böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan baş vermiş cinayətlər üzrə cəzaların azaldılması hüququn məqsədinin intiqam deyil, islah olduğunu təsdiqləyir. Xüsusilə müharibə iştirakçılarının və onların ailə üzvlərinin bu sənəddə ayrıca qeyd olunması dövlətin öz qəhrəmanlarına olan borcunu hüquqi müstəvidə ifadə etməsidir. Bu yanaşma milli birlik və sosial həmrəyliyin daha da güclənməsinə xidmət edir.

Proqnozlara əsasən, bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı humanitar hüquqi qərarlardan biri olacaq. Minlərlə insanın azadlığa buraxılması, cəza müddətlərinin azaldılması və cinayət məsuliyyətindən azad edilmələr təkcə hüquqi statistika deyil, minlərlə ailənin həyatında yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin təşəbbüsü sübut edir ki, müasir Azərbaycan dövləti qalib mövqeyindən çıxış edərək, ədaləti mərhəmətlə tarazlaşdırmağı bacarır və insan taleyinə sahib çıxmağı dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.