Azərbaycan və Slovakiya arasında əməkdaşlığın strateji xarakter alması enerji təhlükəsizliyi sahəsində qarşılıqlı maraqların üst-üstə düşməsi ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin Bratislava səfəri çərçivəsində səsləndirdiyi mesajlar göstərir ki, enerji sahəsi gələcək münasibətlərin əsas istiqamətlərindən biri kimi qalacaq. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycanla enerji əməkdaşlığının onlar üçün uzunmüddətli perspektiv daşıdığı barədə bəyanatı bu sahənin prioritet olduğunu təsdiqləyir.

Azərbaycanın qaz ixracı üzrə artan potensialı Avropa enerji bazarında yeni balans formalaşdırır. Hazırda ölkəmiz 14 Avropa və regional dövlətə qaz tədarük edir, illik ixrac həcmi isə 25 milyard kubmetr səviyyəsindədir. Bu həcmin yarısının Avropa ölkələrinə yönəlməsi Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir. Slovakiyanın bu siyahıya daxil olması ona təkcə əlavə enerji mənbəyi qazandırmır, həm də Azərbaycanla strateji əməkdaşlığın dərinləşməsi üçün yeni mexanizmlər yaradır.

Yeni qaz yataqları üzrə işlərin genişləndirilməsi gələcək ixrac həcmlərinin daha da artmasına şərait yaradacaq. Bu, Slovakiya üçün enerji tədarükünün davamlılığını təmin etmək baxımından vacibdir. Həmçinin Azərbaycan qazının Slovakiya qonşularına da çatdırılması imkanı ölkənin regional enerji xəritəsindəki rolunu gücləndirir. Enerji təminatında şaxələndirmə siyasətini prioritet hesab edən Slovakiya üçün Azərbaycanla əməkdaşlıq strateji məna kəsb edir.

Enerji sahəsi ilə yanaşı, rəqəmsal iqtisadiyyat və data mərkəzləri üzrə müzakirələr də əməkdaşlığın genişlənməsinə səbəb olur. Azərbaycanın yaxın beş il ərzində 8 giqavata çatdırılması planlaşdırılan enerji potensialı bu sahədə böyük layihələrin reallaşdırılması üçün əlverişli baza yaradır. Slovakiya şirkətlərinin data mərkəzləri və İT infrastrukturu üzrə əməkdaşlıqda maraqlı olması bu istiqamətdə yeni sənaye sahələrinin formalaşmasına şərait yarada bilər.

Kamalə Səfərova

Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.