Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı müdafiə sənayesi əməkdaşlığı da əsas mövzular arasında olub. Slovakiyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın maliyyə və istehsal imkanlarının birləşdirilməsi sinergiya yaradır və dünya bazarı üçün rəqabətqabiliyyətli məhsulların hazırlanmasına şərait təmin edir. Dövlət başçısı qeyd edib ki, müdafiə sahəsində əməkdaşlıq yalnız silah tədarükü ilə məhdudlaşmır, həm texnologiya transferi, həm də uzunmüddətli sənaye tərəfdaşlığını əhatə edir. Bu əməkdaşlıq həmçinin Azərbaycanın hərbi-sənaye kompleksinin modernləşməsinə və beynəlxalq bazarlara çıxışına imkan verir.

Nəqliyyat sektoru əməkdaşlığın digər prioritet sahəsidir. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub marşrutlarındakı rolu, Orta Dəhliz layihəsində iştirakı və tranzit infrastrukturuna yatırılan investisiyalar ölkəni Avrasiyanın etibarlı nəqliyyat qovşağına çevirib. Slovakiya ilə birgə bu sahədə əməkdaşlıq həm iki ölkə, həm də Avropa və regional iqtisadi sistem üçün strateji əhəmiyyət kəsb edir. Gələcəkdə infrastruktur və logistik layihələr üçün əlavə investisiyaların ayrılması tərəflər arasında əlaqələri daha da genişləndirəcək.
İnformasiya texnologiyaları və data mərkəzləri sahəsində əməkdaşlıq isə Azərbaycanın regional texnoloji hub kimi çıxış etməsini təmin edir. Hazırda istifadə olunmayan 2 giqavat enerji potensialının növbəti beş ildə 8 giqavata çatdırılması, həmçinin ölkədə soyuq iqlim şəraitinin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan verir. Bu istiqamətdə Slovakiya şirkətləri ilə əməkdaşlıq yeni innovativ layihələrin həyata keçirilməsinə və texnoloji infrastrukturun inkişafına töhfə verir.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın