Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlıq son illər konkret layihələr üzərində formalaşmağa başlayıb və 2024-cü ilin sentyabrında İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası bu istiqamətdə yeni mərhələ yaradıb. Prezident İlham Əliyevin səfəri çərçivəsində müzakirə olunan mövzular göstərir ki, tərəflər istehsal, sənaye, tikinti və xidmət sahələrində əməkdaşlıq imkanlarını genişləndirməyə maraq göstərir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin iştirakı ilə tikinti layihəsinin reallaşdırılması bu əməkdaşlığın praktiki nəticəsidir.

Texnoloji əməkdaşlıq və rəqəmsal sahə də tərəflərin diqqət mərkəzindədir. Azərbaycanın enerji potensialının artması data mərkəzlərinin və digər yüksək texnologiyalı layihələrin yaradılmasına əlverişli şərait təmin edir. Slovakiya şirkətləri bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Azərbaycanın yaxın illərdə enerji gücünü 8 giqavata qədər artırmaq planı bu layihələrin geniş miqyasda həyata keçirilməsinə imkan verir.

İqtisadi əməkdaşlığın genişlənməsi ikitərəfli hüquqi baza ilə də dəstəklənir. Hazırda Azərbaycan və Slovakiya arasında qüvvədə olan 13 sənəd əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafını təmin edir. Bu sənədlər investisiya, texnologiya, sənaye kooperasiyası və nəqliyyat sahələrində birgə fəaliyyətin uzunmüddətli və davamlı şəkildə davam etdirilməsinə institusional təminat yaradır. Beləliklə, iqtisadi və texnoloji əməkdaşlıq gələcək münasibətlərin inkişafında aparıcı istiqamətlərdən biri kimi çıxış edəcək.

Könül Hüseynova

Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.