Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində müdafiə sənayesi sahəsində aparılan müzakirələr iki ölkə arasındakı əməkdaşlığın yeni mərhələyə keçdiyini təsdiqləyib. Dövlət başçısının vurğuladığı kimi, tərəflər yalnız silahların alınması və təchizatı ilə bağlı mexanizmləri deyil, daha çox texnologiya transferi və birgə istehsal perspektivlərini müzakirə edirlər. Bu yanaşma müdafiə sənayesini iqtisadi və sənaye tərəfdaşlığının tərkib hissəsinə çevirir.

Slovakiyanın müdafiə sənayesi sahəsində malik olduğu texnoloji üstünlüklər, Azərbaycanın isə maliyyə resursları, istehsal potensialı və geniş sənaye infrastrukturu bu əməkdaşlıq üçün əlverişli şərait yaradır. Birgə istehsal modelləri həm regional bazarlara çıxışı, həm də məhsulun rəqabət qabiliyyətinin artırılmasını təmin edir. Bu əməkdaşlığın uzunmüddətli olması üçün tərəflər arasında institusional mexanizmlərin formalaşdırılması artıq müzakirə mərhələsindədir.
Səfər zamanı Slovakiya nümayəndə heyətinin yüksək səviyyədə Qələbə Günü tədbirlərində iştirak etməsi iki ölkə arasında siyasi etimadın yüksək olduğunu göstərən mühüm addımlardan biri oldu. Bu addım yalnız diplomatik jest deyil, həm də müdafiə və təhlükəsizlik sahələrində gələcək layihələrin həyata keçirilməsi üçün siyasi zəmin yaradır. Slovakiyanın Azərbaycanla bu sahədə əməkdaşlığa maraq göstərməsi tərəfdaşlığın real nəticələrə yönəlməsini sürətləndirir.
Bu sahədə atılan addımlar təkcə hərbi məqsədlər daşımır, həm də ölkələrin müasir sənaye inkişafına töhfə verir. İnnovativ texnologiyaların tətbiqi, istehsal sahələrinin modernləşdirilməsi və yeni məhsulların yaradılması müdafiə sənayesini geniş iqtisadi ekosistemin tərkib hissəsinə çevirir. Azərbaycan–Slovakiya müdafiə əməkdaşlığı da məhz bu kontekstdə daha geniş sənaye tərəfdaşlığına çevrilir.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın