Kəlbəcər qədimdən Azərbaycan torpaqlarının mədəni və tarixi mərkəzlərindən biri olub. Burada min illik insan məskənləri, qədim türk əlifbası nümunələri, qaya təsvirləri və daş abidələr mövcuddur. Bu abidələr erkən dövr türklüyün, atəşpərəstliyin və müxtəlif dinlərin regionda yayıldığını göstərir. Rayonun tarixi zənginliyi Kəlbəcəri yalnız coğrafi deyil, həm də mədəni baxımdan xüsusi əhəmiyyətli edir.

Ermənistanın 1993-cü ildə işğalı zamanı Kəlbəcərin bütün tarixi və mədəni irsi məhv edildi. Daş abidələr dağıdıldı, yaşayış məntəqələri və infrastruktur tamamilə sıradan çıxdı. Rəsmi İrəvanın vandalizm siyasəti beynəlxalq hüquq normalarına zidd idi və uzun illər ərzində beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə ciddi tədbirlər görülmədi.
2020-ci ilin Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Kəlbəcər qan tökülmədən azad edildi və Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə sürətli bərpa işləri başladı. Yeni yaşayış kompleksləri, yollar, elektrik və su təchizatı insanların doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıtmasını təmin edir.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın