Kəlbəcər azadlıqdan sonra Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevrilib. Yeni yaşayış məntəqələri, sosial infrastrukturlar, elektrik və su təchizatı regionu müasir standartlara uyğun inkişaf etdirir. Bu proses həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan Kəlbəcərin gələcəyini təmin edir.

Təbii sərvətlərin səmərəli istifadəsi, yaylaqların və meşələrin qorunması, mineral su ehtiyatlarının turizm üçün bərpası bölgənin iqtisadi həyatına güclü təkan verir. Kənd təsərrüfatı və heyvandarlıq üçün geniş imkanlar insanların bu torpaqda uzunmüddətli yaşayışını təmin edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan inkişaf layihələri Kəlbəcəri yalnız azad edilmiş torpaq kimi deyil, həm də Azərbaycanın strateji və iqtisadi inkişafının nümunəvi bölgəsinə çevirir. Yeni yollar, tunellər və yaşayış kompleksləri regionu gələcək nəsillər üçün möhkəm bir təməl üzərində inkişaf etdirir.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın