Bölgənin bərpasında sürətli işlərin həyata keçirilməsi Kəlbəcərin dayanıqlı inkişafının bariz nümunəsi kimi qiymətləndirilir. 2024-cü ildə təsdiq olunmuş Baş plan çərçivəsində şəhərin mərkəzində ortamərtəbəli çoxmənzilli binalar, ətrafda isə fərdi yaşayış evləri tikilir. 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, İşğal və Zəfər muzeyləri, ictimai-iaşə obyektləri və idman meydançaları ilə təchiz olunacaq şəhər əhalisinin yaşayış fondu 488 min kvadratmetr təşkil edəcəkdir. Bu layihələr bölgədə müasir şəhərsalma prinsiplərini tətbiq etməklə yanaşı, sosial rifahı təmin edir.

Kəlbəcərdə aparılan yolların, xüsusilə Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi regionu ölkənin digər hissələri ilə birləşdirir. Murovdağ tuneli uzunluğuna görə MDB ölkələri arasında birinci yerdədir və bölgənin turizm, nəqliyyat və iqtisadi imkanlarını artırır. Su ehtiyatları üzərində qurulan kiçik su elektrik stansiyaları enerji təhlükəsizliyini təmin edir, bölgənin davamlı inkişafına töhfə verir.

Bölgədə yeni yaşayış məhəllələrinin inşası və kəndlərin məskunlaşdırılması sakinlərin rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan yaradır. Hər bir məhəllədə məktəblər, bağçalar, sosial-məişət obyektləri və istirahət guşələri yaradılır. Bu proses Kəlbəcərin yalnız fiziki deyil, həm də mənəvi və sosial dirçəlişini təmin edir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr Kəlbəcəri Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas nümunələrindən birinə çevirir.

Rəsmiyyə Məmmədova

YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.