Vətən müharibəsində qazanılan şanlı Qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Azərbaycan dövlətçiliyinin gücünün dünyaya nümayişi idi. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatı çərçivəsində Kəlbəcərin 25 noyabr tarixində Azərbaycana təhvil verilməsi xalqımızın tarixi qayıdışının rəmzidir. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsinin azad edilməsi bölgəyə yeni talenin yazılmasına şərait yaratdı. İşğalçıların bölgəni tərk edərkən törətdiyi yanğınlar, dağıntılar və digər barbarlıq aktları bir daha Ermənistanın destruktiv mahiyyətini sübut etdi. Lakin Azərbaycan dövləti bu dağıntılara cavab olaraq quruculuq və dirçəliş yolunu seçdi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması tarixi qayıdışın dövlətçilik səviyyəsində rəmziləşdirilməsinin mühüm addımı oldu. Həmin Sərəncama əsasən, 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi qeyd edilməsi bu bölgənin həm tarixi, həm mədəni, həm də strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Bu gün təkcə Kəlbəcərin azad edilməsinin tarixi faktını xatırlatmır, həm də xalqın qürurunun, dövlətin gücünün və milli həmrəyliyin təcəssümü kimi qiymətləndirilir.

Kəlbəcər Şəhəri Gününün təsis olunması həm də bölgədə aparılan böyük quruculuq prosesinin ideoloji dayaqlarından biridir. Azad olunmuş ərazilərdə dövlət səviyyəsində həyata keçirilən planlaşdırma siyasəti, infrastruktur layihələri və sosial proqramlar bu torpaqlara həyatın tam şəkildə qayıdışını təmin edir. Bu gün Kəlbəcər şəhəri yalnız bir yaşayış məskəni deyil, həm də milli qürur mənbəyi və Azərbaycanın gələcəyə hesablanmış inkişaf konsepsiyasının simvoludur.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.