Kəlbəcər rayonu 27 illik işğal dövründən sonra 2020-ci ilin noyabrında azad edilib. 10 noyabr tarixində imzalanmış kapitulyasiya aktı ilə rayon qan tökülmədən Azərbaycan tərəfinə təhvil verildi. Bu, Azərbaycan Ordusunun gücünün və Prezident İlham Əliyevin strateji siyasətinin uğurunun bariz nümunəsi oldu. Uzun illər torpaq həsrəti çəkən kəlbəcərlilər artıq doğma yurdlarına qayıda bildilər, vətən həsrəti sona çatdı.

Kəlbəcər həm strateji, həm də iqtisadi baxımdan əhəmiyyətli rayondur. Dağlıq relyefi, zəngin meşə və yaylaqları, mineral su ehtiyatları, qızıl və mis yataqları bölgəni həm kənd təsərrüfatı, həm də turizm üçün cəlbedici edir. Tarixi baxımdan isə Kəlbəcər minilliklər boyu insan məskənləri ilə zəngin olub, qədim abidələr və qaya təsvirləri bölgənin mədəni irsini nümayiş etdirir.

Azadlıqdan sonra quruculuq işləri sürətlə aparılır. Yeni yollar, tunellər, elektrik və su infrastrukturu, İstisu mineral su zavodunun bərpası və yaşayış məntəqələrinin salınması Kəlbəcəri həm sosial, həm də iqtisadi baxımdan gücləndirir. Bu proseslər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bölgənin sürətli inkişafını təmin edir.

Xəyalə Novruzova

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.