Kəlbəcərin 2020-ci ildə işğaldan azad olunması Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biridir. 27 illik işğal dövründə rayonun hər tərəfi dağıdılmış, insanların doğma torpağa dönmək ümidləri uzun illər ərzində sarsıdılmışdı. Lakin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun rəşadəti nəticəsində bu uzunmüddətli həsrət sona çatdı. 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Kəlbəcər qan tökülmədən, hər hansı döyüş olmadan azad edildi ki, bu da Azərbaycan Ordusunun gücünün, dövlətimizin diplomatik və hərbi potensialının bariz göstəricisidir.

Kəlbəcər təkcə strateji mövqeyi ilə deyil, həm də təbii sərvətləri ilə Azərbaycanın mühüm rayonlarından biri hesab olunur. Rayon ərazisi qızıl, mis, qurğuşun yataqları və digər minerallarla zəngindir. Eyni zamanda, Kəlbəcərin əsrarəngiz təbiəti, yüksək dağları, təmiz bulaqları və geniş yaylaqları onu ölkəmizin turizm və ekoloji cəhətdən önəmli bölgələrindən birinə çevirir. Tarixi baxımdan da Kəlbəcər ərazisində min illər öncədən insan məskənlərinin mövcudluğu, qədim qaya təsvirləri və daş abidələr bu diyarın qədim mədəniyyət mərkəzi olduğunu sübut edir.

Ermənistanın 1993-cü ildə işğal etdiyi Kəlbəcər rayonunda bütün infrastruktur dağıdılmış, tarixi və mədəni irs məhv edilmişdi. Rəsmi İrəvanın apardığı qanunsuz məskunlaşdırma və vandalizm beynəlxalq hüquq normalarına zidd olaraq həyata keçirilmişdir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi ilə işğalçı qüvvələrin çıxarılması tələb olunmasına baxmayaraq, uzun illər ərzində heç bir effektiv addım atılmamışdı. Bu, beynəlxalq aləmdə ikili standartların və ədalətsiz münasibətin nümunəsi olaraq qalır.

Kəlbəcərin azad olunmasından sonra regionda quruculuq işləri sürətlə aparılır. Yeni yollar, tunellər, elektrik stansiyaları, su və qaz infrastrukturu, həmçinin mineral su zavodlarının bərpası regionun iqtisadi və sosial həyatını canlandırır. Eyni zamanda, məcburi köçkünlərin öz yurdlarına mərhələli qaytarılması ilə demoqrafik və mənəvi ədalət bərpa olunur. Bu proses Kəlbəcəri təkcə azad edilmiş torpaq deyil, həm də Azərbaycanın gələcək inkişafının mərkəzinə çevirir.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.