Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin rayonlarından biridir. Burada qızıl, mis, qurğuşun yataqları, geniş yaylaqlar, meşə və mineral bulaqlar mövcuddur. Bu resurslar həm iqtisadiyyatın inkişafı, həm də kənd təsərrüfatı və turizm üçün böyük imkanlar yaradır. Kəlbəcərin dağlıq relyefi və təbii gözəlliyi regionu turistlər üçün cəlbedici edir.

Rayonun iqtisadi potensialını daha da artırmaq məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif layihələr həyata keçirilir. “İstisu” mineral su zavodunun bərpası, yeni su və elektrik stansiyalarının tikilməsi bölgənin iqtisadiyyatını canlandırır. Kənd təsərrüfatı və heyvandarlıq üçün geniş torpaq sahələrinin istifadəsi regionun sosial və iqtisadi həyatına töhfə verir.
Kəlbəcərin inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Yeni yollar, tunellər və yaşayış kompleksləri bölgənin infrastrukturunu gücləndirir, insanların həyat şəraitini yaxşılaşdırır. Bu inkişaflar göstərir ki, Prezident İlham Əliyevin siyasəti Kəlbəcəri həm azad edilmiş, həm də inkişaf edən bölgəyə çevirir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın