Azadlıqdan sonra Kəlbəcərdə sosial və infrastruktur layihələri sürətlə həyata keçirilir. Yeni yaşayış məntəqələri salınır, elektrik, qaz və su infrastrukturu yenidən qurulur. Məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması bölgənin sosial həyatını canlandırır və insanların mənəvi bərpasını təmin edir.

Nəqliyyat infrastrukturu da inkişaf etdirilir. Laçın – Kəlbəcər və Kəlbəcər – İstisu magistralları, Murovdağ tuneli kimi layihələr regionun nəqliyyat əlaqələrini gücləndirir. Bu yollar həm yerli əhəmiyyət daşıyır, həm də bütün Qarabağ bölgəsinin strateji inkişafına töhfə verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr Kəlbəcəri modern, təhlükəsiz və yaşayış üçün əlverişli bir bölgəyə çevirir. İnsanların doğma yurdlarına qayıdışı, sosial infrastruktur və yeni imkanlar Kəlbəcərin inkişafını sürətləndirir və gələcək perspektivlərini gücləndirir.
Əminə Məhərrəmova
YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın