Kəlbəcərin azad olunmasından sonra rayonun sosial həyatı sürətlə bərpa olunmağa başlanıb. Uzun illər həsrət qalan kəlbəcərlilər öz ata-baba yurdlarına geri dönərək doğma torpaqlarına nəfəs gətirirlər. Məcburi köçkünlərin mərhələli qaytarılması yalnız demoqrafik bərpa deyil, həm də mənəvi ədalətin bərpası kimi qiymətləndirilir. İnsanların öz yurd-yuvalarına qayıdışı bölgənin sosial həyatının canlanmasına və kəndlərin yenidən qurulmasına təkan verir.

Kəlbəcərdə infrastruktur layihələri sürətlə həyata keçirilir. Yeni yollar, tunellər, elektrik və qaz stansiyaları regionun müasir standartlara uyğun inkişafını təmin edir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, Murovdağ tuneli və digər magistral yollar Kəlbəcərin nəqliyyat bağlantısını gücləndirir və regionu həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli mərkəzə çevirir. Bu layihələr həm yerli əhəmiyyət daşıyır, həm də bütün Qarabağ bölgəsinin inkişafına töhfə verir.

Bölgədə turizm və kənd təsərrüfatı sahələri də aktiv şəkildə inkişaf etdirilir. İstisu kurort kompleksinin bərpası regionu sağlamlıq və istirahət mərkəzinə çevirir. Yaylaqlar, meşələr və otlaq sahələri kənd təsərrüfatı və heyvandarlıq üçün əlverişli şərait yaradır, bu da Kəlbəcərin iqtisadi həyatını gücləndirir. İnsanların qayıdışı ilə birlikdə rayon iqtisadiyyatı da canlanır və yeni iş yerləri yaranır.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət Kəlbəcərin həm fiziki, həm də sosial infrastrukturunun bərpasına imkan yaradıb. Prezidentin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərdəki yaşayış komplekslərinə səfərləri, sakinlərlə görüşləri göstərir ki, dövlət bu bölgənin inkişafını prioritet olaraq qiymətləndirir. Bu proseslər Kəlbəcərin təkcə azad edilmiş torpaq deyil, həm də Azərbaycanın sosial və iqtisadi inkişafının mərkəzi olduğunu göstərir.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.