Kəlbəcərin işğaldan azad edilməsindən sonra rayonun bərpası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Böyük Qaydışa dair I Dövlət Proqramı” Kəlbəcər də daxil olmaqla bütün azad edilmiş ərazilərin inkişafını nəzərdə tutur. Bu Proqram 2030-cu ilə qədər ölkənin beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilib və regionların iqtisadi, sosial və infrastruktur baxımından dirçəldilməsini təmin edir. Kəlbəcər bu prioritetin ən mühüm istiqamətlərindən biri olaraq xüsusi diqqət mərkəzindədir. İşğaldan sonra dağıntıların miqyasına baxmayaraq, qısa müddətdə rayonun yenidən qurulması üzrə mühüm addımlar atılıb.

Hazırda Kəlbəcərdə geniş yol infrastrukturu layihələri, enerji təminatı, yaşayış məhəllələrinin salınması və sosial obyektlərin tikintisi sürətlə davam etdirilir. Dağlıq relyefə malik bölgədə yolların bərpası, tunellərin və körpülərin inşası mühüm strateji əhəmiyyət daşıyır və Kəlbəcərin gələcək inkişafını təmin edən əsas amillərdəndir. Eyni zamanda, rayonun zəngin su və geotermal potensialı nəzərə alınaraq burada yeni enerji layihələri həyata keçirilir. Su elektrik stansiyalarının bərpası və yenilərinin tikintisi Kəlbəcərin enerji baxımından özünü təmin edən bölgəyə çevrilməsinə imkan yaradır. Bütün bu işlər ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilir və onların icrası Kəlbəcərin tamamilə modern infrastrukturla təchiz olunmuş bir rayona çevriləcəyini göstərir.

Yenidənqurma işlərinin əsas istiqamətlərindən biri də Kəlbəcərin sosial və turizm potensialının bərpasıdır. Bölgənin məşhur mineral suları, zəngin təbiəti, yaylaqları və meşələri onu Azərbaycanın aparıcı turizm məkanlarından birinə çevirmək üçün geniş imkanlar yaradır. Hazırda Kəlbəcərdə yaşayış məhəllələrinin inşası, sosial obyektlərin tikintisi, yolların bərpası və yeni turizm marşrutlarının yaradılması istiqamətində işlər sürətlə davam edir. Bu layihələr başa çatdıqdan sonra Kəlbəcər təkcə azad edilmiş rayon kimi deyil, həm də müasir standartlara uyğun inkişaf edən, iqtisadi və turizm baxımından böyük potensiala malik bölgə kimi formalaşacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən bu işlər Kəlbəcərin gələcək nəsillər üçün daha parlaq və firavan bölgə olacağına əminlik yaradır.

Elxan Ələkbərov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.