Kəlbəcər rayonu Azərbaycan tarixində həm strateji, həm də mədəni baxımdan xüsusi əhəmiyyətə malik olmuşdur. 1930-cu ildən inzibati rayon statusu almış bu ərazi işğala qədər 53 min nəfərdən çox əhalisi ilə regionun sosial-iqtisadi mərkəzi hesab olunurdu. Burada 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi fəaliyyət göstərirdi. Təbii sərvətlər, yaylaqlar, meşələr və mineral sular Kəlbəcərin iqtisadi potensialını gücləndirirdi.

1993-cü il işğalı rayona ağır zərbə vurdu. Minlərlə sakin doğma torpaqlarından didərgin düşdü, əsirlər götürüldü, tarixi abidələr, məktəblər və xəstəxanalar dağıdıldı. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb etsə də, bu qərar icra edilməmişdir. Ermənistanın işğal altında saxladığı ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparması regionda demoqrafik tarazlığı pozmuş, ekologiyaya və sosial həyatı da ciddi zərər vurmuşdur.

44 günlük Vətən müharibəsi nəticəsində Kəlbəcər rayonu azad edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu strateji yüksəklikləri və əsas nəqliyyat xətlərini ələ keçirərək rayonu işğaldan xilas etdi. 25 noyabr 2020-ci il Kəlbəcərin Azərbaycana qaytarılması günü kimi tarixə düşdü. İşğalçıların tərk etdiyi ərazilərdə törətdiyi vandalizm aktları beynəlxalq hüquq pozuntularını bir daha sübut etdi.

Bölgədə bərpa-quruculuq işləri geniş vüsət almışdır. Şəhərin Baş planına uyğun olaraq, 17 min nəfərlik əhali üçün 488 min kvadratmetr yaşayış fondu yaradılacaq. 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və ictimai-iaşə obyektləri tikilir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və enerji infrastrukturu isə bölgənin strateji və iqtisadi inkişafını təmin edir.

Anar Cəbizadə

YAP Şuşa rayon təşəkilatının 37 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.