Ağdam – tarixi kökləri ilə zəngin, taleyi isə sarsıdıcı bir şəhərdir. Adının qədim türk dillərində “kiçik qala” mənasını verməsi bu torpağın strateji əhəmiyyətini göstərir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət şəhər kimi Ağdam həm mədəniyyət, həm də həyatın beşiyi olmuşdur. Hər daşında və hər küçəsində xalqın zəhməti və yaradıcı ruhu əks olunmuşdur.
Arxeoloji qazıntılar göstərir ki, Ağdam torpağı səkkiz min illik sivilizasiyanın izlərini daşıyır. Üzərriktəpədə tapılan qədim əkinçilik və maldarlıq izləri, mis dövrünə aid artefaktlar bu ərazinin qədim mədəniyyətlərdən birinin mərkəzi olduğunu sübut edir. Bu zəngin tarixi irs şəhərin həm milli yaddaş, həm də mədəni dəyərlər üçün əvəzolunmaz olduğunu göstərir.
1993-cü ilin 23 iyul tarixində Ağdamın böyük hissəsi işğal olundu. 128 min insan doğma yurdundan didərgin düşdü, 6 mindən çox qəhrəman şəhid oldu. Çörək muzeyi, məktəblər, məscidlər və sənaye obyektləri yerləyeksan edildi. 2020-ci ilin 20 noyabrında isə Azərbaycan Ordusunun qəhrəmanlığı ilə şəhər döyüşsüz azad edildi və bu tarix həm hərbi, həm siyasi, həm də mənəvi zəfərin rəmzinə çevrildi.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın