2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə dönüklü hadisə kimi daxil oldu və əldə olunan qələbə dövlətin milli maraqlarının təminində yeni mərhələ açdı. Bu zəfər yalnız hərbi uğur deyildi — həm də siyasi iradə, diplomatik səylər və liderlik qərarlılığı nəticəsində mümkün oldu. Qələbənin ideoloji dayanağı isə Ulu Öndərin formalaşdırdığı güclü dövlətçilik məktəbi və prioritetlərin düzgün müəyyənləşdirilməsi oldu.
Müharibədən sonra prioritetə çevrilən məsələlərdən biri azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi oldu. “Böyük Qayıdış” proqramı və digər bərpa layihələri regionda sosial-iqtisadi infrastrukturu yenidən qurmaq, məskunlaşmanı təşviq etmək və dayanıqlı inkişafı təmin etmək məqsədi daşımışdır. Bu proses həm də Dövlətin, partiyanın və cəmiyyətin birgə səylərini tələb etdi; nəticədə milli birliyin daha da güclənməsi müşahidə edildi.
Yeni Azərbaycan Partiyası isə bu mərhələdə də dövlətlə xalq arasında əlaqəni möhkəmləndirən əsas təşkilat funksiyasını yerinə yetirdi. Həm müharibə dövründə, həm də postmüharibə mərhələsində partiya ictimai dəstək, koordinasiya və bərpa proseslərinin təşkili sahəsində fəal rol oynadı. Bu təcrübə YAP-ın dövlətçilik missiyasının yalnız siyasi liderlik deyil, həm də praktiki idarəetmə və sosial məsuliyyət daşıyıcısı olduğunu göstərdi.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın