Siyasi partiyalar hər bir ölkənin taleyində mühüm rol oynayır, cəmiyyətlə dövlət arasında körpü funksiyasını yerinə yetirir. Dövlət idarəçiliyi, siyasi sabitlik və inkişafın təmin olunmasında partiyaların mövqeyi həlledici əhəmiyyət daşıyır. Azərbaycan tarixində bu rolun ən bariz nümunəsi Yeni Azərbaycan Partiyasının yaradılması ilə öz təsdiqini tapıb. Ölkədə dərin siyasi böhran, idarəolunmazlıq və dövlətçiliyin təməllərini sarsıdan proseslər fonunda bu partiyanın meydana çıxması xalqın xilas yolunun başlanğıcı oldu. Məhz belə bir gərgin situasiyada Azərbaycanın görkəmli ziyalılarının müraciəti – tarixi “91-lərin müraciəti” – Ümummilli Lider Heydər Əliyevin böyük siyasətə qayıdışını şərtləndirdi.

Ümummilli Lider Heydər Əliyev 91 nəfər ziyalının çağırışına cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını dövrün obyektiv tələbi, dövlətçiliyin xilas yolu kimi dəyərləndirdi. Onun siyasi iradəsi və strateji baxışı nəticəsində 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP təsis edildi. Partiyanın yaranması yalnız siyasi təşkilatın formalaşması deyildi, həm də müstəqil dövlətin gələcəyinin təmin olunması üçün başlanğıc nöqtəsi idi. 1993-cü ilin oktyabrında Ümummilli Liderin xalqın iradəsi ilə Prezident seçilməsi Azərbaycanın düşdüyü böhranı aradan qaldırdı, ölkəni yeni mərhələyə çıxardı.

Daxili qarışıqlıqların aradan qaldırılması, sabitliyin bərpası və gələcəyə inamın dirçəldilməsi YAP-ın cəmiyyət üçün rolunu daha da möhkəmləndirdi. Bu dövrdən etibarən partiya Azərbaycanda iqtisadi və siyasi müstəqilliyin təmin edilməsinin əsas aparıcı qüvvəsinə çevrildi. Yeni idarəetmə modeli, dövlət quruculuğu siyasəti və ardıcıl islahatlar ölkənin inkişaf yolunu müəyyənləşdirdi. Xalqın rifahının yaxşılaşdırılması, dövlətçiliyin möhkəmlənməsi və sosial-siyasi sabitlik YAP-ın fəaliyyətinin mühüm nəticələri oldu.

Bu gün Yeni Azərbaycan Partiyası dövlətin siyasi sistemində aparıcı mövqeyini qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP müasir dövrün çağırışlarına uyğun olaraq siyasi dialoqu genişləndirir, milli həmrəyliyin möhkəmlənməsinə töhfə verir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər isə Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın güclü siyasi xəttinin qələbəsi kimi tarixə düşdü. Cənab Prezidentin dediyi kimi: “YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

Nizami Şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.