Siyasi mühit daim dəyişir və dövlətlərin inkişaf strategiyası yeni reallıqlara uyğunlaşdırılmalıdır. Azərbaycanın müasir siyasi idarəetmə modelində Yeni Azərbaycan Partiyası məhz bu çevikliyə və strateji düşüncəyə əsaslanan fəaliyyət göstərir. YAP həm tarixi təcrübəni, həm də müasir çağırışları nəzərə alaraq ölkənin dayanıqlı inkişafına xidmət edir.

Partiyanın yarandığı dövrdə ölkə ağır sınaqlarla üz-üzə idi. Daxili çəkişmələr, idarəolunmaz proseslər və qeyri-sabitlik dövlətçiliyi təhlükə altına salmışdı. Belə bir vaxtda 91 ziyalının Heydər Əliyevə müraciəti Azərbaycan cəmiyyətinin ümumi iradəsini ifadə edirdi. Ulu Öndərin bu çağırışa cavab olaraq partiyanın yaradılmasını zərurət kimi dəyərləndirməsi ölkənin siyasi taleyinə yeni istiqamət verdi.

Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi ilə dövlətçilik prinsipləri möhkəmləndi, sabitlik bərpa olundu və strateji inkişaf proqramları həyata keçirilməyə başladı. Neft strategiyasının reallaşdırılması, iqtisadiyyatın modernləşdirilməsi və ordu quruculuğunun gücləndirilməsi bu siyasətin əsas dayaqları idi.

Bu gün YAP yalnız tarixi irsi davam etdirmir, həm də müasir dünyada baş verən proseslərə uyğun şəkildə ölkənin maraqlarını qoruyan siyasi xətt ortaya qoyur. Qlobal miqyasda dəyişən güc balansı, regional təhlükəsizlik məsələləri və yeni iqtisadi trendlər Azərbaycan üçün də ciddi çağırışlar yaradır. YAP bu proseslərə adekvat reaksiya verərək ölkənin davamlı inkişafını təmin edən siyasi qərarların qəbulunda fəal iştirak edir.

Partiyanın gücünü onun böyük üzv ordusu, prinsiplərə sadiqliyi və dövlətçilik ideallarına bağlılığı təşkil edir. YAP bu gün də ölkədə həyata keçirilən islahatların, sabitlik və inkişaf modelinin mühüm siyasi dayağı kimi çıxış edir.

Səmayə Əliyeva

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.